Zabrat yolu təmir olunacaq

zabrat-yolu-temir-olunacaq
Oxunma sayı: 766

Oxucuların Milli.Az-a verdikləri məlumata görə, paytaxtın "Zabrat yolu" kimi tanınan Şəhər Şossesi küçəsi artıq maşınlar üçün keçilməz olub. Bakı ətrafında yerləşən kənd və qəsəbələri - Sabunçu, Balaxanı, Ramanı, Zabrat, Məhəmmədi, Kürdəxanı, Pirşağı, Nardaran, Maştağa, Buzovna, Bilgəh, ətrafda olan Savalan, "Sovxoz" deyilən əraziləri birləşdirən Şəhər Şossesi küçəsi bir müddət əvvəl qazıldı, yeraltı su boruları dəyişdirildi. Lakin qazılmış ərazi asfaltlanmadı.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Şəhər Şossesi küçəsi ən yüksək beynəlxalq standartlar səviyyəsində yenidən qurulacaq.

Qurum rəsmisinin sözlərinə görə, bu vaxta kimi həmin yolun təmir olunmasına həlli vacib olan digər problemlər mane olurdu. Yolun altından keçən kommunikasiya xətləri bərbad vəziyyətdə idi. Hazırda həmin xətlər dəyişdirilib. Bu səbəbdən həmin yol da asfaltlanmayıb.

P.Mürsəliyev qeyd etdi ki, yaxın günlərdə Şəhər Şossesi küçəsinin əsaslı təmirinə başlanılacaq.