Şərxoş kişi 19 yaşlı qızı zorladı- - Video

serxos-kisi-19-yasli-qizi-zorladi-
Oxunma sayı: 9160


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, istintiaq zamanı məlum olub ki, saxlanılan şəxs Özbəkistandan Rusiyaya gələn 48 yaşlı şəxsdir. Onun Rusiyada qeyri-leqal yaşadığı məlum olub. Hadisə Volqoqradın Radujnıy qəsəbəsində yerləşən barda baş verib. Şərxoş özbəyin 19 yaşlı barmen qıza təcavüz etməsi barın mühafizə kameralarına düşüb. Təcavüzkar hadisə yerindən qaçsa da məhz kamera sahəsində yaxalanıb.

“Saxlanılan şəxs barda olan son ziyarətçilərin getməsini gözləyib. Sonra tək olan barmen qıza hücüm edərək onu zorlamağa çalışıb. Qız onun əlindən qaçaraq ətrafdakıları köməyə çağırdıqda o pəncərədən atılaraq qaçıb”, - deyə polisin açıqlamasında bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma gedir.