Nazir müavini vəfat etdi - Azərbaycanda

nazir-muavini-vefat-etdi
Oxunma sayı: 9701

Səhiyyə nazirinin müavini Vəlibəyov Abbas Soltan oğlu vəfat edib. 

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, nazir müavini 71 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub.

1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 

1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.