Xaçmazda sərxoş sürücü qəza törədib

xacmazda-serxos-surucu-qeza-toredib
Oxunma sayı: 1201

Xaçmaz şəhər sakini 1992-ci il təvəllüdlü  Hacıbalayev Ruslan Teyyub oğlu avtomobili yüksək sürətlə  yol kənarındakı dirəyə çırpıb.

"Qafqazinfo" xəbər verir ki, avtomobildə tək olan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə  yerləşdirilib. Çoxsaylı bədən xəsarətləri alıb. 

Onun hadisə törədərkən sərxoş olduğu məlum olub. Müalicəsi davam etdirilir. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsindəaraşdırma aparılır.

Emin Kərimov