Hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, kriminal müharibə hələ 2014-ün payızından başlayıb. Belə ki, Azərbaycandan olan bri neçə şəxs avtosalonlardan birindən dörd ədəd avtomobil almaq istəyib. Onlar pulu ödədikdən sonra lazımı sənədləri almaq üçün gözləyiblər, lakin gözlənilmədən salonun əməkdaşları hər avtomobil üçün 30% komission haqqı istəyib. Bu zaman qalmaqal başlayıb, lakin alıcılar nə pulu, nə də maşını almadan oranı tərk etməli olublar. Sonradan həmin alıcıların Azərbaycanda həbsdə olan Lotu Qulinin adamları, avtosalonun sahibinin isə kriminal aləmdə yaxşı tanınan Ruslan Qardabanski olduğu məlum olub. Qardabanskiyə hədə-qorxu gəldikdən sonra o maşınları qaytaracağına söz versə də, paralel olaraq İnquşetiyadan olan kriminal dəstədən də yardım istəyib.
2014-cü ilin noyabrında Ruslan və İnquşetiyadan olan kriminal dəstənin lideri Əhmədin 30-a yaxın adamı Moskvadakı restoranlardan birinə daxil olaraq Lotu Qulinin adamlarını təhqir ediblər. Bu zaman adamları Lotu Quliyə zəng ediblər və Ruslanla Əhməd onu da təhqir etdikdə, Səlifov onların taleyi ilə bağlı qərarını verir...
Tezliklə Moskvada Qardabanskiye killer tərəfindən sui-qəsd təşkil edilir, lakin o 4 güllə yarasından sağ çıxır və müalicə aldığı palatadan da qaçmağa nail olur.
Nəhayət bir müddət sonra münaqişə tərəfləri Abşeron restoranında toplaşmağa razı olurlar. Danışıqlar masasında Ruslan və tərəfdarı Rövşən Lənkəranski, qarşı tərəfdə isə Lotu Qulinin adamları oturur. Anlaşa bilməyən tərəflər bundan sonra silaha əl atmalı olurlar. Münaqişə kriminal aləmdən olan iki nəfərin ölümü ilə nəticələnir.
Son xəbərlər
Son Xəbərlər