“Qafqazinfo”nun məlumatına görə, biznes-ledi Əliverdiyevanı aparıcı olaraq sevsə də, geyim tərzini bəyənmədiyini bildirib:
“Mətanət sevdiyim aparıcılardandır. Ondan xüsusi bir müsbət enerji alıram. Onun mənim üçün özəl yeri var. Amma geyim tərzini bəyənmirəm, onu dəyişmək lazımdır. Kim inciyirsə incisin. Yaşlı qadın kimi geyinir. Mətanətlə alış-verişə birlikdə getdik. Seçdiyim geyimləri bəyənmirdi. Nəhayət ki, onu yola gətirə bildim. Öz şəxsi zinət əşyamı, broşumu ona hədiyyə edirəm. Mən hər adama öz şəxsi əşyamı hədiyyə vermərəm. Mətanəti sevdiyim üçün bu addımı atıram”.
Verilişin bu dəfəki qonaqları aparıcılar Şəhriyar Əbilov, Afaq Gəncəli, Nərgiz Məmmədova, “Nargis” nəşriyyat evinin direktoru, aktrisa Könül Nağıyeva, jurnalistlər Ruslan Ağayev və Afaq Tahirqızı olub.
Qeyd edək ki, “Dəb Siz” verilişi hər həftənin bazar ertəsi, saat 12:00-da yayımlanır.
Könül
Son xəbərlər
Son Xəbərlər