Elman Rüstəmova itki üz verdi

-elman-rustemova-itki-uz-verdi
Oxunma sayı: 8371

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmova ağır itki üz verib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, E.Rüstəmovun dayısı professor Telman Hüseynov vəfat edib.

Qeyd edək ki, 82 yaşlı T.Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının məsləhətçi professoru idi. O, elmi nailiyyətlərinə görə 1991-ci ildə “Əməkdar iqtisadçı”, 2006-cı ildə “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.