22 yaşlı oğlan itkin düşdü

22-yasli-oglan-itkin-dusdu
Oxunma sayı: 3830

Bakıda 22 yaşlı oğlan 3 gündür itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb, lakin evinə qayıtmayıb.

Məlumata görə, Fərid son olaraq aprelin 1-dən 2-ə keçən gecə Amerika Səfirliyinin yaxınlığında, Süleyman Rüstəm küçəsi 33 A ünvanında görünüb.

Qeyd edək ki, yaxınları onun itkin düşməsi ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinə müraciət ediblər.

Məlumatı olan şəxslərin 050-523-53-67 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.