Magistral yolda “Mercedes” aşdı - 3 nəfər xəsarət aldı

magistral-yolda-mercedes-asdi
Oxunma sayı: 409

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəzada sürücü, həmyerlisi olan iki nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov