28 Mall-a bomba qoyulması xəbəri yalan çıxdı - Fotolar + Yenilənib

28-mall-a-bomba-qoyulmasi-xeberi-yalan-cixdi
Oxunma sayı: 12035

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

"Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

***

APA-nın məlumatına görə, axtarış işləri 1 saata yaxın davam edib. Ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təsdiqlənməyib.