33 yaşlı kişi dərmandan zəhərləndi

33-yasli-kisi-dermandan-zeherlendi
Oxunma sayı: 279

Gəncədə 33 yaşlı kişi dərmandan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayon sakini 1993-cü il təvəllüdlü Rüstəm Sarıyev dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev