4 ildən sonra ilk dəfə görüşdülər

4-ilden-sonra-ilk-defe-gorusduler
Oxunma sayı: 1568

Çin sədri Si Cinpin bu gün 24-cü Çin-Aİ Yüksək Səviyyəli İqtisadi Dialoqda iştirak etmək üçün Pekində səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin KİV-i məlumat yayıb.

Dörd ildən sonra ilk dəfə üz-üzə keçirilən sammitdə Ukrayna böhranı və Yaxın Şərqdəki son vəziyyət, Çin və Aİ ölkələri arasında iqtisadi və ticarət əlaqələri kimi məsələlər müzakirə edilib.