49 yaşlı qadın ürəyindən vurularaq öldürüldü

49-yasli-qadin-ureyinden-vurularaq-olduruldu
Oxunma sayı: 9203

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.