6-cı sinif şagirdi qəzada öldü

6-ci-sinif-sagirdi-qezada-oldu
Oxunma sayı: 5079

Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub.