7 aylıq hamilə idi - Olimpiadada iştirak etdi

7-ayliq-hamile-idi
Oxunma sayı: 25508

Misirli qılıncoynadan Nada Hafez Paris-2024 Olimpiadasında ikicanlı iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda idmançı rəsmi instaqram hesabında paylaşım edib.

Qadınların fərdi qılınc yarışında mübarizə aparan idmançı yarışlarda 7 aylıq hamilə ola-ola mübarizə aparıb.

“Sizə podiumda iki oyunçu kimi görünən, əslində üç idi! Bu, mən, rəqibim və hələ doğulmamış körpəm idi” , - Hafez instaqram səhifəsində yazıb.

Qeyd edək ki, o, 1/8 finalda Cənubi Koreyalı Jeon Hayoung-a 15:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.