700 bal yığan cəmi bir nəfər qızıl medal alıb - Müəmmalı siyahı

700-bal-yigan-cemi-bir-nefer-qizil-medal-alib
Oxunma sayı: 6388

Xəbər verdiyimiz kimi, Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.

Qafqazinfo” bu məqamda builki qəbul imtahanlarında ən yüksək bal toplayan şagirdlərin adını həmin siyahıda axtarıb.

Məlum olub ki, imtahanlarda 700 bal toplayan 10 abituriyentdən yalnız birinin adı əmrdə yer alıb. Həmin şəxs İsmayıllı rayon 5 saylı orta məktəbin şagirdi Ağalətif Lətifovdur. O, qızıl medala layiq görülüb.

Qeyd edək ki, 700 bal yığan abituriyentlər bunlardır: Orxan Zülfüqarov, Səbinə İsmayılova, Nadir Sultanlı,  Rəvan Nəzərəliyev, Tural Ağayev, Təbriz Qasımov, Şahbaba Məmmədov, Fərid Hüseynov, Elvin İsayev

Günel Türksoy