Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.
“Qafqazinfo” “yenisabah”a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.
Sabiq müavin hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.
A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.
Son xəbərlər
Son Xəbərlər