ABŞ-da 75 meteorit onlayn hərraca çıxarıldı - Foto

abs-da-75-meteorit-onlayn-herraca-cixarildi
Oxunma sayı: 1155

ABŞ-da mərkəzi Nyu-Yorkda yerləşən “Christie's” auksion şirkəti 75 meteoriti satışa çıxarıb.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, satışa çıxarılacaq göy daşları arasında Mars və Aydan gələn, insanın əlinin dəydiyi ən qədim maddə olaraq adlandırılan yeddi milyard illik ulduz tozu da var.

Daşların qiyməti isə 50 min ilə 180 min dollar arasında dəyişir.

“Hər kəsin bir göy daşının necə görünməsi ilə bağlı ağlında bir şəkil var”, - Elm və Təbiət Tarixi rəhbəri Beyms Hislop məsələ ilə bağlı açıqlamasında deyib.