ABŞ müsəlmanlarla bağlı qərar verdi - Bu dəfə xeyrinə...

abs-muselmanlarla-bagli-qerar-verdi
Oxunma sayı: 7139

ABŞ Dövlət Departamenti prezident Donald Trampın immiqrasiya fərmanının şamil olunduğu, vizası olan 7 müsəlman ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verib.

Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, bu barədə qurumun rəsmi nümayəndəsi bildirib.

“Biz vizaların ləğvi prosesini müvəqqəti dayandırdıq. Vizası etibarlı olan şəxslər ABŞ-a daxil ola bilərlər”, - deyə mənbə söyləyib.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Onun bu fərmanı ölkədə kütləvi etirazlara səbəb olub.

Boston Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya məsələri üzrə fərmanının icrasını 1 həftəlik dayandırıb.