Ac saxlanıldığı deyilən alpaqa ilə bağlı açıqlama - Foto

ac-saxlanildigi-deyilen-alpaqa-ile-bagli-aciqlama
Oxunma sayı: 7113

Sosial şəbəkələrdə pis şəraitdə saxlandığı deyilən alpaqa ilə bağlı foto yayılıb. Heyvana kifayət qədər yaxşı qulluq edilmədiyi, o səbəbdən qabırğalarının göründüyü bildirilir. İddia olunur ki, “Zoobulvar” adlı mərkəzdə heyvanlar bu şəkildə istismar olunur və onlar üzərindən pul qazanılır.

“Qafqazinfo” yayılan görüntü ilə bağlı “Zoobulvar”la əlaqə saxlayıb. Bildirilib ki, bu alpaqa 1,5 ay öncə başqa bir mərkəzdən alınıb, alınan zaman da ciddi problemləri olub: "Hazırda ona qulluq olunur və reabilitasiya dövrü davam edir. Biz bu alpaqanın tüklərini bir dəfə qırxdıq, gördük ki, bədənində çoxlu yaralar var. Ona görə də, tüklərini ikinci dəfə qırxmalı olduq.

Biz onu təcrid edib də saxlaya bilərik, lakin o zaman təkcə qulluq edən şəxsə öyrəşəcəkdi. Ona görə də onu cəmiyyət içərisinə çıxarmışıq. Bizə irad bildirirlər ki, heyvan niyə arıqdır. Onu dərmanlarla da şişirdə bilərdik, amma protokola uyğun şəkildə qidalandırırıq və müalicə edirik. Alpaqanın hərtərəfli bərpası üçün təxminən 2 aya yaxın vaxt lazım olacaq”. 

Qeyd edək ki, alpaqalar doğularkən çəkiləri təxminən 1 kiloqram olur. Adi ev heyvanları kimi ancaq otla qidalanırlar.