“Aeroflot” Almatıya uçuşları ləğv etdi

aeroflot-almatiya-ucuslari-legv-etdi
Oxunma sayı: 1750

Rusiyanın “Aeroflot” milli aviadaşıyıcısı Qazaxıstanda hökumət əleyhinə etirazlar fonunda Moskva-Almatı reysini ləğv edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, saat 20:55-də gerçəkləşməli olan reys ləğv olunub. Bu barədə Şeremetyevo hava limanının uçuş cədvəlində də qeyd edilib. “Aeroflot”un Moskvadan Nur-Sultana reysi isə hazırda cədvəl üzrə olduğu kimi qalır. 

Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar başlayıb. Etirazlar digər şəhərlərə də yayılıb. Bu gün səhər saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.