AFFA rəsmisi “Barselona” – “Nyukasl” matçında

affa-resmisi-barselona-nyukasl-matcinda
Oxunma sayı: 421

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri olan Frank de Bleker UEFA-dan təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.