23 azərbaycanlı Almaniyadan geri qəbul edildi

23-azerbaycanli-almaniyadan-geri-qebul-edildi
Oxunma sayı: 1039

23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib.   

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 17-si Azərbaycan vətəndaşı olan 23 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib. 

Xatırladaq ki, ötən ay da 9 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilmişdi.