“Real”ın futbolçusu Vinisius Junior ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”yə qalib gəldikləri matçda qol sevinci ilə gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, o, ingilis azarkeşlərin qarşısında “ağlamayın” deyə işarə göstərib.
Buna səbəb isə “Mançester Siti” tərəfdarlarının ötən mövsüm “Qızıl top” mükafatını qazana bilməyən Vinisius üçün açdıqları pankart olub.
Belə ki, həmin vaxt “Qızıl top”u mancçesterlilərin yarımmüdafiəçisi Rodri qazanmışdı. “Real” klubunun rəhbərliyi və azarkeşləri isə bunun haqsız olduğunu və mükafatın Viniyə verilməli olduğunu açıqlamışdı.
Onların bu açıqlamalarından sonra ingilis azarkeşlər “Real”la qarşılaşmalarda “Stop crying your heart out” (Ürəyində ağlamağı dayandır) deyə pankart açmışdılar. Tərəfdarlar bunu məhz braziliyalı oyunçuya yönəltmişdilər.
Vinisius isə həmin pankartı unutmayaraq ötən gecə onlara “ağlamayın” deyə işarə göstərib.
Qeyd edək ki, “Real” “Mançester Siti”yə ilk oyunda 3:0 qalib gəlmişdi. Səfərdə də 2:1-lik qələbə əldə edən Madrid təmsilçisi 1/4 finala adlayıb.

Son xəbərlər
Son Xəbərlər