“Bavariya” 16 yaşlı qolkiperin ümidinə qaldı - 1,96 metr boyu var

bavariya-16-yasli-qolkiperin-umidine-qaldi
Oxunma sayı: 989

Bu gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Atalanta” ilə qarşılaşacaq “Bavariya” ciddi problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komandanın əsas qapıçıları zədələnib. 

Manuel Noyerin baldır əzələsində, Leon Klanaçın isə budunda zədə var. 

Ötən tur “Bayer”lə keçirilən matçda Sven Ulreyx də xəsarət alıb. Onun bud adduktor əzələsi yırtılıb. 

Bundan öncə isə digər qapıçı Yonas Urbiq isə beyin sarsıntısı keçirib. 

4 qapıçıdan heç birinin bugünkü matça hazır olmayacağı bildirilir. Belə olan halda meydana 1 metr 96 sm boya malik 16 yaşlı Leonard Preskottun çıxacağı gözlənilir. 

O, əsas komandada debüt edəcək. 

Qeyd edək ki, ilk görüşdə “Bavariya” “Atalanta”nı 6:1 hesabı ilə məğlub edib.