Göylərmiş kartofdan istifadənin fəsadları - Açıqlandı

goylermis-kartofdan-istifadenin-fesadlari
Oxunma sayı: 653

Göylərmiş, cücərmiş, bürüşmüş və ya yumşalmış kartofun qəbulu insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

“Qafqazinfo” Xarici KİV-ə istinadən xəbər verir ki, qastroenteroloq Yevgeni Belousov bu cür kartoflarda zəhərli solanin maddəsinin kəskin artdığını bildirib.

Solaninlə zəhərlənmə ağızda acılıq, ürəkbulanma, qusma, ağır hallarda isə başgicəllənmə və ürək ritminin pozulmasına səbəb olur.

Həkim vurğulayıb ki, solanin istiliyə dözümlü olduğu üçün kartofu qaynatmaq, qızartmaq və ya sobada bişirmək onun zəhərini məhv etmir.