Afrika Millətlər Kuboku başlayır

afrika-milletler-kuboku-baslayir
Oxunma sayı: 2481

Bu gün Afrika Millətlər Kuboku start götürür.

“Qafqazinfo” xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən təşkil olunan 34-cü turnir Fil Dişi Sahilində baş tutacaq.

Yarış 13 yanvar - 11 fevral tarixləri arasında keçiriləcək. Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparır.
Turnirin son qalibi Seneqal milli komandasıdır.

Qeyd edək ki, yarışda Azərbaycan Premyer Liqasından Kabo-Verde yığmasında çıxış edən “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade iştirak edir.