Ağdaşdakı məktəb Xalq şairinin adını daşıyacaq

agdasdaki-mekteb-xalq-sairinin-adini-dasiyacaq
Oxunma sayı: 637

Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.