Ajda Pekkan əməliyyat olundu

ajda-pekkan-emeliyyat-olundu
Oxunma sayı: 4516

Estetik əməliyyatları, hit mahnıları, yaşına meydan oxuyan gözəlliyi ilə tez-tez gündəmə gələn məşhur türkiyəli müğənni Ajda Pekkan əməliyyat olunub.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki,  3 gün əvvəl 77 yaşlı sənətçinin sağ çiyninə cərrahi müdaxilə edilib.

Əməliyyatdan sonra evə buraxılan sənətçi 3 həftə müalicə alacaq.

Qeyd edək ki, Ajda Pekkan ötən il verdiyi müsahibədə səhhətindəki problemlərdən və keçirdiyi əməliyyatlardan danışıb. Sənətçi ombasını sındırdıqdan sonra çiynində əzələsinin yırtıldığını və bunun ağrılara səbəb olduğunu bildirib. O, daha əvvəl də eyni çiynində vətər əməliyyatı keçirib.