Akif Əlizadə istefa səbəbini açıqladı - Bu gün seçki var

akif-elizade-istefa-sebebini-aciqladi
Oxunma sayı: 10847

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 

"Qafqazinfo" xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri baş tutacaq. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.