“Fənərbaxça” klubunun sabiq prezidenti Ali Koç hazırkı rəhbər Sadettin Sarana qarşı irəli sürülən ittihamlardan sonra ona dəstək nümayiş etdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, Ali Koç dekabrın 26-da klubun qərargahına gedərək Sadettin Saranla görüşüb. Səfər zamanı Ali Koç 2025-ci ilin sentyabrında keçirilən seçkilərdən sonra vəzifəsinin icrasına başlayan həmkarına fəaliyyətində tam dəstək olduğunu ifadə edib.
Qeyd edək ki, bu ziyarət Türkiyədə məşhur şəxslərə qarşı aparılan genişmiqyaslı narkotik istintaqı fonunda baş tutub.
Xatırladaq ki, istintaq çərçivəsində saç nümunəsində kokain testi pozitiv çıxan S. Saran “narkotik maddə təmin etmə” və “istifadəyə şərait yaratmaq” ittihamları ilə saxlanılsa da, dekabrın 25-də məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.
Son xəbərlər
Son Xəbərlər