Almaniyada 62 yaşlı kişi COVID-ə qarşı 217 dəfə peyvənd vurdurdu

almaniyada-62-yasli-kisi-covid-e-qarsi-217-defe-peyvend-vurdurdu
Oxunma sayı: 1387

Almaniyanın Maqdeburq şəhərinin sakini virusa qarşı “super müdafiə” formalaşdırmaq üçün 217 dəfə COVID-19-a qarşı peyvənd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Erlangen-Nürnberq Universitetinin saytında məlumat verilib.

Belə ki, müxtəlif nəşrlərdə həmin şəxs haqqında oxuyan alimlər 62 yaşlı vətəndaşı çoxsaylı peyvəndin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün müayinəyə dəvət etmək qərarına gəliblər.

Bildirlib ki, həddindən artıq tez-tez peyvənd olunduğuna görə, kişinin bədəninə daxil olan virus antikorlara vərdiş edə bilər. Nəticədə peyvənd almanların immunitetini gücləndirmək əvəzinə zəiflədə bilər.

Lakin araşdırmalar zamanı məlum oldu ki, Maqdeburq sakini peyvəndin mənfi nəticələrindən qaça bilib. Alimlərin fikrincə, onun immun sistemi hazırda tam normal işləyir.

Qeyd edək ki, 62 yaşlı kişi peyvəndləri özü alıb, öz təşəbbüsü ilə dövlət xəstəxanalarında peyvəndlənib.