Altı ildən sonra qayıtdı, rekorda imza atdı - Video

alti-ilden-sonra-qayitdi-rekorda-imza-atdi
Oxunma sayı: 4474

Britaniyalı müğənni Adelin noyabrın 19-da işıq üzü görmüş “30” adlı albomu Böyük Britaniyada 2021-ci ildə ən çox alınan debütant diski olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın musiqi hit-paradlarının tərtib olunmasına cavabdeh olan “Official Charts Company” şirkəti məlumat yayıb.

Müğənninin son 6 ildə birinci albomu artıq 219 mindən çox alınıb. Bu göstərici 2021-ci ildə ən yaxşı olub, ABBA qrupunun “Voyage” adlı albomunun uğurunu üstələyib. Sonuncu oktyabrda işıq üzü görmüş və ilk həftə ərzində 204 mindən çox alınmışdı.   

Həmçinin oxuyun: Məktəb müəllimi ilə görüşən Adel ağladı - Video

Adelin konsertində sevdiyi qıza evlilik təklifi etdi - Video

Videonu buradan izləyə bilərsiniz