Ana və 3 övladı dəm qazından zəhərləndi - Yenilənib

ana-ve-3-ovladi-dem-qazindan-zeherlendi
Oxunma sayı: 672

Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində qeydə alınıb. 

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Nübar Aslan qızı Yusifova və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Dilbazi Rəşad qızı Yusifli, 2014-cü il təvəllüdlü Nəzrin Rəşad qızı Yusifli, 2015-ci il təvəllüdlü Emin Rəşad oğlu Yusifli yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardım vasitəsilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 05:00 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə 4 nəfər (3 qadın, 1 kişi) hospitalizasiya olunub: “Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Ziya Əmirxanlı