Anar Ələkbərovla Teymur Musayev xəsarət alan körpələrə baş çəkdilər

anar-elekberovla-teymur-musayev-xesaret-alan-korpelere-bas-cekdiler
Oxunma sayı: 5042

Prezidentin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzində baş vermiş yanğında xəsarət alan körpələri ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, rəsmilər azyaşlıların müalicə aldıqları Klinik Tibbi Mərkəzdə olub, vəziyyəti ilə maraqlanıblar.

Həkim heyəti Prezidentin köməkçisi və nazirə müalicənin gedişi barədə məlumat veriblər.

Sail Ağasəlim