Anası ilə sevgi münasibəti olduğunu dedi, öldürüldü

anasi-ile-sevgi-munasibeti-oldugunu-dedi-olduruldu
Oxunma sayı: 17710

Daşkəsən rayonunda toy mərasimində qətl törədən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Alaxançallı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Tahir Şükür oğlu polisin həyata keçirdiyi əməliyyatla tutulub.

Məlumata görə, qətlə yetirilən 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu T.Şükürova onun anası ilə sevgi münasibətinin olduğunu deyib.

Bundan sonra tərəflər arasında başlayan mübahisə qətllə nəticələnib.

Murad Əhməd