Arif Qazıyev vəfat etdi

arif-qaziyev-vefat-etdi
Oxunma sayı: 8603

Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1937-ci il təvəllüdlü rəssam bu gün Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, Arif Qazıyev İrəvanda anadan olub. Müxtəlif janrlarda və mövzularda yaradılmış "Babək", "Hüseyn Cavidin büstü" (H.Cavidin Naxçıvanda ev-muzeyi), "Qırat bizi gözləyir", "Qafqaz qartalları", "Cəngi", “Canlı qala”, “Dəhşət”, “Soyuq", "İki bumeranq" və b. əsərlərin müəllifidir. 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!