Astarada dəhşətli qəza - Ölənlər var+Video

astarada-dehsetli-qeza
Oxunma sayı: 7340

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.

***

Daha sonra ölənlərin sayının 4 deyil, 2 olduğu açıqlanıb. Mikroavtobusda  olan Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva və  1981-ci il təvəllüdlü Ramin Quliyev dünyasını  dəyişiblər. Doqquz nəfər  isə  yaralanıb .Onlardan ikisinin -Çayoba kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev və 2003-cü il təvəllüdlü Maral Fərhadovanın vəziyyətlərinin ağır olduğu bildirilir.