Atatürkün heykəlinə qarşı hörmətsizlik edən şəxs saxlanıldı

ataturkun-heykeline-qarsi-hormetsizlik-eden-sexs-saxlanildi
Oxunma sayı: 2118

Türkiyənin Sakarya şəhərinin Akyazı rayonunda Mustafa Kemal Atatürkün heykəlini çəkiclə zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, rayonun Ömərciklər səmtinin Necati Təməl küçəsində naməlum şəxsin çəkiclə Atatürk heykəlinə vurduğunu görənlər polisə məlumat veriblər.

Hadisə yerinə gələn qruplar şübhəli Y.U. adlı şəxsi saxlayıb.

Zədələnən heykələ baxış keçirilib.