ATV-nin aparıcısını yarış arabası vurdu - Video

atv-nin-aparicisini-yaris-arabasi-vurdu
Oxunma sayı: 12036

Xəbər verdiyimiz kimi, dünən Bakıda "Red Bull Soapbox” yarışı keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, yarışdan sonra yayımlanan görüntülərdə arabalardan birinin ATV-nin aparıcısı Nərgiz Vahabqızını vurduğu görünür. Aparıcı arabanın üstündən yerə yıxılıb.

Nərgiz hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verib. Bildirib ki, hər şey yaxşıdır:

"Hadisə yarışdan əvvəl olub. Tədbirdə də iştirak etdim, tibb işçiləri məni müayinə etdi, heç bir problemim yox idi. Başımdan zədə almışam. Çıxıb tədbiri apara bilmişəmsə, deməli, ciddi heç nə yoxdur.

Sosial şəbəkələrdə bəzi şəxslər yazır ki, hadisə mənim ehtiyatsızlığımdan olub. Kadrlardan da görünür ki, mən yerimdə durmuşam, qəzadır da, sürücünü də günahlandırmıram".