Avtobus sürücüləri aksiya keçirdi - Fotolar

avtobus-suruculeri-aksiya-kecirdi-
Oxunma sayı: 6757

Bir neçə gün əvvəl ləğv edilən 18 və 96 saylı avtobusların sürücüləri aksiya keçirib.

Qafqazinfo” xəbər verir ki, sözügedən xətlərdə işləyən avtobus sürücüləri “Xaliq Faiqoğlu” şirkətinin qarşısına toplaşıblar. 200-ə yaxın işsiz sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb ediblər. Sürücülər maddi vəziyyətlərinin pis olduğunu, bir çoxlarının banklarda kredit borclarının olduğunu qeyd ediblər.

Şirkət rəhbərliyi sürücülərə aidiyyatı dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.