Avtomobil elektrik dirəyinə çırpıldı - Ölən və yaralanan var

avtomobil-elektrik-direyine-cirpildi
Oxunma sayı: 2714

Ötən gün Astara şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişin Mehdi Əsgərzadə isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.