Aytacın qətlinə görə saxlanılan var - Qadındır

aytacin-qetline-gore-saxlanilan-var
Oxunma sayı: 16883

Qəbələdə törədilən dəhşətli qətl hadisəsinə görə bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, martın 5-də Qəbələ rayonunda 23 yaşlı Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat  tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, qətli törədən mərhumun ərinin sevgilisinin rəfiqəsi imiş.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxu: Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş... - Dəhşətli qətlin təfərrüatı