Ayxan bu universitetin tələbəsi imiş...

ayxan-bu-universitetin-telebesi-imis
Oxunma sayı: 8738

Xəbər verdiyimiz kimi, Bakıda “Location” gecə klubundakı partlayışdan sonra yaralananlardan daha biri - 21 yaşlı Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub.

Qeyd edək ki, Ayxanın da vəfatı ilə klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb. O, gecə klubunda ofisiant işləyirmiş.