Azərbaycan 13-cü medalını qazandı - Yenilənib

azerbaycan-13-cu-medalini-qazandi
Oxunma sayı: 28817

Rioda keçirilən Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start veriləcək

Qafqazinfo” xəbər verir ki, ilk olaraq 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək

Azərbaycanı bu çəkilərdə Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) təmsil edəcək.

Sərbəst güləş

57 kq
1/8 finalda Hacı Əliyev cənubi koreyalı Yunsik Yunu 12:2 hesabı ilə məğlub edib. 

74 kq
1/8 finalda Cəbrayıl Həsənov kolumbiyalı Karlos Arturo İzkierdo Mendeşi 10:0-lıq təmiz qələbə ilə məğlub edərək 1/4 finala adlayır.

***

1/4 finalda gürcü idmançı Vladimer Xinçeqaşvili ilə güləşən Hacı Əliyev final şansını əldən verib. O, bürünc uğrunda Nurislam Sanayevlə (KAZ) döyüşəcək.

***

1/4 final mərhələsində gürcü Jakob Makaraşvili ilə güləşən Cəbrayıl Həsənov bu dəfə də inamlı təsir bağışlayıb. Vaxtından əvvəl qələbə qazanan (11-0) idmançımız yarımfinala yüksəlib. Amma Cəbrayıl Həsənov finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Yekunda idmançımız 5:4 hesabı ilə uduzub. Həsənov bürünc medal üçün mübarizə aparacaq.

***

Bürünc medala gedən yolda idmançımız Nurislam Sanayevə (Qazaxıstan), ikinci oyunda isə bolqarıstanlı Vladimir Vladimirova qalib gəlib. İdmançımız təmiz qələbə ilə bürünc medala yiyələnib.

***

Cəbrayıl Həsənov da bürünc medal uğrunda keçirdiyi döyüşdə qalib gələrək medala yiyələnib.