M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.
“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.
Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Son xəbərlər
Son Xəbərlər