Azərbaycan Ordusunda daha bir itki

azerbaycan-ordusunda-daha-bir-itki
Oxunma sayı: 2866


  Azərbaycan Ordusunda daha bir ölüm hadisəsi baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. Əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən  əsgərin ölüm faktını təsdiqləyiblər.  

 Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.