Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, danışıq zamanı Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində investisiya yatırımı məsələsinin reallaşdırılması müzakirə olunub.
Hər iki tərəf ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edib və onların daha da gücləndirilməsi barədə razılığa gəlib.
Baş nazirin müavini və xarici işlər naziri yüksəksəviyyəli təmasların Pakistan–Azərbaycan əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə möhkəmləndirilməsində vacib rol oynadığını vurğulayıb.
Eyni zamanda, Pakistan iqtisadiyyatının müəyyən edilmiş sahələrinə Azərbaycan investisiyalarının yatırılmasına imkan verəcək mexanizmin yekunlaşdırılması barədə razılıq əldə olunub.

Son xəbərlər
Son Xəbərlər