Azərbaycan tarix yazdı - Futzalda dünya çempionatına gedirik+Video

azerbaycan-tarix-yazdi
Oxunma sayı: 5368

Bu gün futzal üzrə Kolumbiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off matçları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, hazırda Azərbaycan millisi Bakı İdman Sarayında Hollandiya yığması ilə qarşılaşır və komandamız 1-0 hesabı ilə irəlidədir. Qolu isə 11-ci dəqiqədə Rizvan Fərzəliyev vurub.

Oyun davam edir.

Qeyd edək ki, komandalar arasında ilk oyunda Azərbaycan yığması 5-1 hesabı ilə rəqibinə qalib gəlmişdi.

***

Hesab 4-3 millimizin xeyrinədir

Qollar: Amadeu, 14, Eduardo, 20, Rafael, 26 - Ceyar, 13, Velseober, 16, Musaui, 26

***

Hesab bərabərləşdi. Attaibi 28-ci dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib.

***

Hesab 4-4 başa çatıb və hər iki oyunun nəticələrinə əsasən Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb.