Azərbaycana üçüncü medalı Kamran qazandırdı

azerbaycana-ucuncu-medali-kamran-qazandirdi
Oxunma sayı: 8970

Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.

Qafqazinfo”nun məlumatına görə, təmsilçimiz Kamran Şahsuvarlı (75 kq) günə yekun vurub.

İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı boksçumuz 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib.

O, mərhələni adlayaraq ən azı bürünc medalı təmin edib.

Bu, Azərbaycan yığmasının Rio Olimpiadasında qazandığı üçüncü medaldı.